Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə informasiyanı Rusiya Liberal Demokrat Partiyasının Mətbuat Xidməti yayıb.
Görüşdə əsas müzakirə mövzusu Rusiya-Türkiyə münasibətlərinin dərinləşdirilməsi olub.
Qeyd edək ki, Jirinovski dünən Türkiyəyə səfər edib. Səfər Türkiyə tərəfinin dəvəti ilə baş tutub.
"Rusiya Liberal-Demokrat Partiyasının sədri izah edib ki, Rusiya və Türkiyə Qərbin təxribatlarına qarşı mübarizədə birləşməli və İŞİD terrorçularına qarşı birlikdə hərəkət etməlidirlər", - deyə mətbuat xidməti vurğulayıb.
Cia.az
