|
Tatlısəs onunla birlikdə yaralanan köməkçisi ilə evlənir
Müğənni İbrahim Tatlısəsin oğlu İdo atasının evlənəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Gənc müğənni atasının evlənməsini normal qarşıladığını deyib: "Xeyirlisi olar, inşallah.  O yaşda insan “evlənəcəyəm” deyirsə, evlənər. Toy edəcəyini düşünmürəm. Elə bir hadisə olsa... Bu mövzuda çox danışmaq istəmirəm. Çünki atamla evlənəcəyi barədə söhbət etməmişik”. 
Qeyd edək ki, ötən gün İbrahim Tatlısəsin 15 illik köməkçisi, 2010-cu ildə onunla birlikdə  silahlı hücumda yaralanan  Damla Buket Çakıcı ile evlənəcəyi barədə xəbərlər yayılıb. Aktyor Aydəmir Akbaş isə "ikisinin de nikah şahidi mən olacağam” -, deyə açıqlama verib.
Cia.az