Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün Əsabəli Mustafayevin hüquqlarını müdafiə etdiyi Azərbaycanlı müxalifətçilər İlham Hüseyn, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun ərizələri üzrə qərarını elan edib.
Mustafayev bildirib ki, şikayətlər qanunsuz həbs, toplaşma azadlığının və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu ilə bağlı verilib.
Məhkəmə ərizəçilərin hüquqlarının pozulmasını tanıyıb və onlara hər birinə 12 min avro təzminat, məhkəmə xərclərinə görə 6 min avro ödənilməsi barədə qərar verib.
Beləliklə, Azərbaycan hökumətinə qoyulmuş pul sanksiyalarının ümumi həcmi 72 min avro təşkil edib. (“Turan”)
Cia.az
