|
Tramp kabinetə ilk qadın kimi Nikki Haley və Betsi DeVosu seçir
ABŞ-ın seçilmiş prezidenti Donald Trump gələcək administrasiyasına ilk qadın əməkdaşlar seçib.
 
Cənubi Carolina qubernatoru Nikki Haley BMT-də ABŞ elçisi və Betsi DeVos isə təhsil katibi təyin edilib. Onların hər ikisi cənab Trampın keçmiş tənqidçiləri olub.
 
Cənab Trampın prezident olaraq əsas rəqibi olan Ben Carsonnun da hər hansı posta təyin olunacağı gözlənilir.
 
"Amerikanı yenidən qüdrətli etməyə yardım etməkdə mənim rolumun nədən ibarət olacağı haqda elan gözlənilir", - cənab Carson öz facebook səhifəsində yazıb.
 
Cənab Tramp çərşənbə axşamı tvit atıb ki, o "ciddi olaraq" cənab Carsonu ABŞ Departamentinin yenidənqurma və şəhərsalma işləri üzrə məsul vəzifədə görür.
 
Ben Carson çərşənbə axşamı Nyu-Yorkda yerləşən Trump Tower-də qonaq olub
 
Xanım Haley və DeVosun təyinatlarının respublikaçılar tərəfindən idarə olunan Senatın təsdiqləməsi lazımdır.
 
Cənab Tramp xanım Haleyi "təcrübəli danışıq aparan" insan adlandırıb və "çoxlu anlaşmalar əldə edəcəyinə" ümid bəslədiyini deyib.
 
Xanım Haley deyib ki, o təyinatının təsdiq olunmasına qədər gözləyəcək və ona qədər Cənubi Karolina qubernatoru kimi qalacaq.
 
Respublikaçıların praymerizi dövründə o, Florida senatı Marko Rubio və sonradan isə Texas senatoru Ted Kruzu dəstəkləyib.
 
Xanım Haley həmçinin cənab Trampın müsəlman immiqrantlarla bağlı fikrini qəti tənqid edərək onu "qeyri-Amerikan" adlandırıb.
 
Buna cavab olaraq cənab Tramp onu "qeyri-leqal immiqrasiyada çox zəif" adlandırmış və demişdi ki, Cənubi Karolina xalqı ona görə "utanır".
 
44 yaşlı xanım Haley Cənubi Karolinanın ilk qadın qubernatoru olub.
 
Xanım DeVos da vəzifəyə təyinatından məmnunluq ifadə edib. O da seçki kampaniyası dövründə cənab Trampın rəqibləri olan Karl Fiorina, Marko Rubio və Jeb Buşu dəstəkləyənlərdən olub.
 
Xanım DeVos da əvvələr cənab Tramp və digər konservativlər tərəfindən kəskin tənqid edilən ümumi təhsil baza standartlarını dəstəkləyənlərdən olub.
 
Buna baxmayaraq, cənab Trump deyib ki, xanım DeVos "əla və həvəsli təhsil çarçısı ola bilər" (BBC).
Cia.az