|
“Bloomberg”: Azərbaycandan neft hasilatının məhdudlaşdırılmasını gözləyirlər

Azərbaycan və Meksika OPEK-in noyabrın 28-də keçiriləcək neft hasilatının məhdudlaşdırılmasına dair danışıqlarında iştirak edəcək. 

Bu barədə öz mənbələrinə istindən "Bloomberg" məlumat yayıb. Məlumatda, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanın da OPEK-in hasilatın məhdudlaşdırılması üzrə razılaşmasına qoşulacağını gözləyir. 
Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 28-də OPEK-in məsləhətləşmələrində iştirak edəcəyini bildirib. Başqa bir mənbənin məlumatına görə, Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr hər hansı bir vəd verməmişdən öncə razılaşma haqqında daha çox detal əldə etməyə çalışırlar.
Cia.az