|
Kubada körpü uçdu - 4 fəhlə öldü
Kubanın Moa şəhərində təmirdə olan körpü uçub.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə,  hadisə nəticəsində 4 fəhlə ölüb. Körpünün “Metyu” qasırğasından sonra qəzalı vəziyyətə düşdüyü bildirilir. İnsident körpüdə təmir-bərpa işləri aparılarkən baş verib.
Cia.az