|
Bakıda 27 yaşlı qadın dəm qazından zəhərlənib
Bakıda qadın  hamam otağında dəm qazından zəhərlənib. 
Hadisə bu gecə Sabunçu rayonu ərazisində, Ramana qəsbəsinin Südçülük sovxozunda baş verib. 1989-cu il təvvəllüdlü Aslanova Natiqə Natiq qızı hamam otağında çimərkən huşunu itirib. Onun dəm qazından zəhərləndiyi məlum olub. Natiqə Aslanova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Məlumata görə, Natiqə Aslanova Sabunçu rayonu ərazisində dilənçiliklə məşğul olurmuş.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az