Türkiyənin “Yorum” qrupunun bütün üzvləri həbs olunub.
Keçən həftə istanbul polisi İdil mədəniyyət mərkəzinə əməliyyat təşkil edərək qrup üzvlərini saxlamışdı. Məhkəmə qərarından sonra qrup üzvləri Ali Aracı, İnan Altın, Selma Altın, Sultan Gökçek, Fırat Kıl, Dilan Poyraz, Helin Bölek, Abdullah Özgün həbs edilərək cəza evinə göndərilib.
Qeyd edək ki, “Yorum” inqilabçı rok qrupudur. Türkiyə və Avropada hər il konsert verən qrup mitinqlərdə, aksiyalarda fəal iştirak edir. Qrup dəflərlə etirazçılarla birlikdə universitet, fabrik binalarını işğal edib. Türkiyənin bir çox şəhərlərində qrupun disklərinin satışı qadağandır.
Cia.az
