Bakıda 53 yaşlı fəhlə bina tikintisində xəsarət alıb.
Hadisə Suraxanı rayonun ərazisində baş verib.
Aparılan tikinti işləri zamanı 53 yaşlı Qədirov Tacəddin Mehbala oğlu ehtiyatsızlıq nəticəsində yıxılıb və armatur parçası onun bud nahiyəsinə batıb. Nəticədə Tacəddin Qədirov sağ ayağından yaralanıb. O, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
