Adana valiliyinin inzibati binasının qarşısında partlayış baş verib. Bu barədə Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir. Məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Partlayışın binanın avtomobil parkında qeydə alındığı bildirilir. Avtomobillərdən birinin partlaması nəticəsində bina və ətrafdakı maşınlar da zərər görüb.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Cia.az
