|
Özəl baytarlıq xidmətləri yaradılacaq

Azərbaycanda kənd təsərrüfatı sahəsində özəl baytarlıq xidmətləri yaradılacaq.

Bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində tapıb.

Layihənin “4.3.3.5. Damazlıq işi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması” adlanan fəslində bildirilir ki, Azərbaycanda özəl baytarlıq xidmətləri yaradılacaq.

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim  və prlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

Cia.az