|
Bakıda “Riqoletto” operası nümayiş olunacaq

Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşada Riqoletto partiyasını Ukraynanın Əməkdar Artisti Pyotr Primak, Hersoq partiyasını isə Ukraynanın Əməkdar Artisti Dmitri Kuzmin ifa edəcək.

Səhnə əsərində Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Səbinə Əsədova və gənc solist Nina Makarova da çıxış edəcək.

Operanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Cia.az