|
Son 3 ayda rusların Antalyaya axını xeyli artıb
Rusiyadan Türkiyəyə çarter reysləri bərpa olunandan sonra rus turistlərin Antalya kurort bölgəsinə axını xeyli artıb.
 
Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata görə, son 3 ay ərzində Antalyaya 432 min Rusiya vətəndaşı səfər edib.
 
Cari ilin ilk səkkiz ayında isə bu göstərici təqribən 20 min nəfər olub.
 
Qeyd edək ki, 2015-ci ilin noyabrında rusiyalı pilotun vurulmasından sonra iki ölkənin münasibətləri pisləşmiş, o cümlədən çarter aviadaşımaları dayandırılmışdı.
Cia.az