|
Türkiyədə PKK-çılar hərbi bazaya hücum edib, ölən var
Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbi bazaya hücum edib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum zamanı 1 türk əsgəri şəhid olub.
 
Məlumata görə, ağır yaralanan hərbçi xəstəxanada dünyasını dəyişib.
 
Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Cia.az