|
Təbii qaz verilməsində fasilələr olacaq

Bu gün də bəzi ərazilərə təbii qaz verilməsində fasilələr olacaq. Cia.az saytı xəbər verir ki, buna səbəb təmir işlərinin aparılmasıdır. Belə ki, səhər saat 11:00-dan 14:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Sarıtəpə" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Şəmkirin Sarıtəpə kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Cia.az