|
Azərbaycanda 5100 mətbuat orqanı var

Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçən Kütləvi İnformasiya Vasitələrinin (KİV) sayı açıqlanıb.

 

Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məlumat verib. 

 

Nazir bildirib ki, 2016-cı ilin 9 ayı ərzində Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən KİV-in sayı  5.100-ü ötüb.

 

“Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-kommersiya təşkilatlarının ümumi sayı ilbəil artaraq 4.300-ə çatıb”-deyə Fikrət Məmmədov  bildirib.

Cia.az