|
Moqerini: Türkiyədə ölüm hökmünün bərpası Aİ üçün mesaj olacaq
Türkiyədə ölüm hökmünün bərpa edilməsi, bu ölkənin Aİ üzvü olmaq arzusunda olmadığını nümayiş etdirəcək.     
 
APA-nın “TASS”a  istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.
 
“Biz Türkiyənin nə istədiyini anlamalıyıq. Ölüm hökmünün bərpa edilməsi, Türkiyənin Aİ-yə üzvlük arzusunda olmadığına bir mesaj olacaq”, - deyə o qeyd edib.     
 
Moqerini qeyd edib ki,  Ankara və  Brüssel, Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlar prosesinin dayandırılmasından yalnız uduzacaqlar.  
Cia.az