Türkiyənin Mardin əyalətinin Kızıltepe rayonunda PKK terror təşkilatına qarşı əməliyyat təşkil olunub.
Kızıltepe polis idarəsinin təşkil etdiyi əməliyyatda 8 nəfər saxlanılıb. Onlardan 6-sı məhkəmənin qərarı ilə həbs edilib. Tutulanların müxtəlif tarixlərdə aksiyalarda iştirak edib polisə daş atan və dövlət binalarına hücum edən şəxslər olduğu bildirilir.
Digər bir antiterror əməliyyatı isə Şanlıurfada baş tutub. Demokratik Bölgələr Partiyasının üzvlərinə qarşı təşkil olunan əməliyyatda terrorla əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılaraq məhkəməyə gətirilib.
Cia.az
