|
OPEK ekspertləri neft hasilatının azaldılmasına dair təklifləri hazırlayıblar

OPEK-ə üzv olan ölkələrin ekspertləri  neft hasilatının azaldılmasına dair yekun təkliflər paketini hazırlayıblar. 

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həmin təkliflərin  OPEK-ə üzv ölkələrin nazirlərinin noyabrın 30-da keçiriləcək növbəti görüşündə müzakirə olunaraq təsdiq olunması gözlənilir. 
 
“Texniki komitənin işi çox uğurlu olub. Komitə yekun hesabatı noyabrın 30-da keçiriləcək görüş zamanı nəzərdən keçirilməsi üçün nazirlərə təqdim edəcək”, - deyə mənbə bildirib. 
 
Nigeriya nümayəndəsi İbrahim Vaya bundan əvvəl bildirib ki, hasilat səviyyəsinin məhdudlaşdırılması əvvəllər təklif olunduğu 12 ay yox, 6 ay müddətinə müəyyən ediləcək. Müddətin azaldılması limitlərin tətbiqinin çətinliyi ilə əlaqələndirilir.     
 
Yaradılacaq xüsusi texniki qrup sazişin şərtlərinə əməl olunmasına nəzarət edəcək.  
Cia.az