|
Sabirabadda mənzildən oğurluq edən şəxslər saxlanılıb
Sabirabadda  mənzildən oğurluq edən iki nəfər saxlanılıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon sakinləri, 23 yaşlı Məmmədov Elman Hüseyn oğlu və həmyaşıdı Əsədzadə Həsənağa  Əli oğlu polis tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılıb. Adı çəkilən şəxslər rayon sakininin evindən 1000 manat dəyərində müxtəlif ev əşyaları oğurlayıb.
 
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət  işi açılıb.
Cia.az