|
Bakıda köşk yanıb, 1 nəfər yanıq xəsarətləri alıb
Bakıda yanğın hadisəsi baş verib.
Nərimanov rayonunda ümumi sahəsi 6 m2 olan taxta konstruksiyalardan ibarət köşk və onun yaxınlığına yığılmış taxta qırıntıları 1 m2 sahədə yanıb. Musavat.com-un FHN-nın saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib. 
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Cia.az