|
Bakıda 44 yaşlı kişi dörd nəfər tərəfindən döyülüb
Bakının Sabunçu rayonunda kirayədə yaşayan 44 yaşlı kişi tanışları tərəfindən döyülüb. Hadisə Ramana qəsəbəsində baş verib.
44 yaşlı Abışov Namiq Şirin oğlu gecə saatlarında tanışlarının yaşadığı evə basqın etdiyini görüb. Həmin şəxslər N.Abışovu küt alətlə döyüblər. Xəsarət alan şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Lakin o burada həkimlərlə mübahisə edib.
O, döyüldüyündən əsəbini səhiyyə işçilərindən çıxmaq istəyib. Özünü müxtəlif vəzifələrdə işləyən şəxsin oğlu kimi qələmə verən N.Abışov həkimlərə hədə-qorxu gəlməkdən də çəkinməyib. Lakin hüquq-mühafizə orqanınəməkdaşlarının müdaxiləsi ilə yaralı şöbəyə yerləşdirilib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində Cinayət Məcəlləsinin 97 və 264-cü maddələri əsasında araşdırmalara başlanılıb.
Cia.az