|
Lənkəranda ahıl ər-arvadın meyiti aşkar edilib

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb. Hadisə şəhərin Şəhidlər xiyabanı, 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. (APA)

Cia.az