|
Bakıda “Toyota Prado” sürən jurnalist 69 yaşlı qadını vurub

Bakıda yolu keçmək istəyən 69 yaşlı qadını avtomobil vurub.

Hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Belə ki, 1947-ci il təvvəllüdlü Əliyeva Lətifə Abdul qızı yolu keçmək istəyərkən onu "Toyota Prado" markalı avtomobil vurub.

Xəsarət alan qadını "Toyota Prado" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Qadın əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Toyota Prado" markalı avtomobilin sürücüsü özünü jurnalist kimi təqdim edib. Onun adı açıqlanmayıb.
Cia.az