|
"Qızıl Məryəm"i öldürənlər 47 illik hökmdən narazıdır
Bakıda "Qızıl Məryəm" ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərov barələrində olan hökmdən narazıdırlar. Onlar apellyasiya şikayəti verib.
Hər üç şəxsin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
 
Qeyd edək ki, qətl hadisəsi bu ik yanvarın 5-də baş verib.
 
1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızı yaşadığı mənzilində çixsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
 
Araşdırmalar zamanı məlum olub ki,  cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov törədib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cia.az