|
Türkiyə Azərbaycandan qaz idxalını artırır

Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkəti bu ilin sonunadək Azərbaycandan 6,5 milyard kubmetr qaz idxal etməyi planlaşdırır.

Bu barədə Modern.az "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, 2015-ci ildə Türkiyə Azərbaycandan 6,17 milyard kubmetr qaz idxal etmişdi. Bununla da BOTAŞ Azərbaycandan qaz idxalını 5,4 faiz artırmış olacaq.

Cia.az