|
Dollar bu gün neçəyədir?
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən cia.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8166 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,13% bahalaşaraq 0,0268 manat olub.
 
Türkiyə lirəsinin məzənnəsi də 0,71% artaraq 0,5095 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1349 manatdır. Beləliklə, funt sterlinq 1,23%-lik artım nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,6850 manat olub.
Cia.az