Donald Tramp prezident postunda atacağı ilk addımlardan danışıb.
APA-nın məlumatına görə, ABŞ-ın yeni seçilən prezidenti ilk növbədə ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı çərçivəsində razılaşmadan çıxmaq prosedurunu işə salmaq niyyətindədir. O, həmçinin kiber hücumlara qarşı geniş müdafiə tədbirlərinin həyata keçiriləcəyini, enerji resurslarının işlənilməsi layihələrinə qoyulan məhdudiyyətləri aradan qaldırılacağını bildirib.
Tramp həmçinin ölkədə lobbiçilərin fəaliyyətlərinin məhdudlaşdırılmasına yönələn planın həyata keçiriləcəyini və miqrantlara qarşı hakimiyyətin nəzarətini gücləndirəcək sistem hazırlayacağını bildirib
cia.az
