Mosulda İŞİD terror qruplaşmasının İraq hərbçilərinə qarşı hazırladıqları əks hücumların qarşısı alınıb.
Terrorçular hücumda partlayıcılarla doldurulmuş avtomobillərdən istifadə ediblər. Məlumatı əməliyyatların qərərgah komandanlığı da təsdiqləyib.
Hərbçilərin sözlərinə görə, terrorçuların hücumu raket və qumbara atanlarla müşahidə olunub.
Radikalların səylərinə baxmayaraq, heç bir minalanmış avtomobil müdafiə xəttini yara bilməyib. Avtomobillər İraq hərbçiləri tərəfindən məhv edilib.
Cia.az
