|
Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" Türkiyə superliqasında növbəti oyununa çıxıb.
Ərsun Yanalın komandası 11-ci turda öz meydanında “Antalyaspor”la qarşılaşıb. Oyun qonaqları qələbəsi ilə başa çatıb – 1:0. Şeydayev sözügedən oyunun 18-liyində yer almayıb. Qeyd edək ki, "Trabzonspor" 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Cia.az
|
