Gülən camaatının (FETÖ) 22 noyabrda həbsxanalarında qiyam qaldıracağı, hökumətin də baş verə biləcək hadisələrə qarşı tədbirlər gördüyü iddia olunur.
Avropa.info xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə FETÖ-nün həbsxanalarda yenə bir üsyan qaldırmağı planlaşdırdığı iddia olunub.
FETÖ-nün xüsusilə də həbs olunan üzvlərinin ümidlərini qoruyub saxlamaq üçün tez-tez müəyyən tarixlər verərək bu tarixdə müsbət hadisələr ola biləcəyi ilə bağlı bəzi xəbərlər artıq heç kəsə yad deyil.
Yayılan yeni məlumatda bildirilir ki, ədliyyə naziri Bəkir Bozdağın adından ölkə ərazisində fəaliyyət göstərən həbsxanalara xəbərdarlıq məktubu göndərilib.
Məktubda həbs olunan Gülən camaatı üzvlərinin 21-22 noyabrda qiyam qaldırmağa hazırlaşdıqları barədə kəşfiyyat məlumatı əldə olunduğu bildirilir.
Cia.az
