|
İlham Əliyev Hindistan prezidentinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Hindistan prezidenti Pranab Mukherciyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, qəza nəticəsində 133 nəfər həlak olub, 200-ə yaxın yaralı var.

Cia.az