|
Bakıda işlədiyi kafedən çıxan qadını maşın vurub
Suraxanı rayonunda işlədiyi kafedən evə qayıdan 44 yaşlı qadını avtomobil vurub. Musavat.com xəbər verir ki, hadisə Zığ qəsəbəsində qeydə alınıb. 
Yolu keçmək istəyən 44 yaşlı Babayeva Kəmalə Əziz qızını avtomobil vurub. Yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına onu vuran avtomobilin sürücüsünün qohumu çatdırıb. Xəstəxanaya yerləşdirilən K.Babayevanın vəziyyəti ağırdır.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Cia.az