Bakıda 24 yaşlı qadın paltar sərərkən ikinci mərtəbədən yerə yıxılıb. Bədbəxt hadisə 3-cü mikrorayon ərazisindəki beşmərtəbəli binada baş verib. 1993-cü il təvəllüdlü Leyla Hacıyeva zivədən paltar asmaq istəyərkən, yerə yıxılıb.
Müxtəlif bəfən xəsarətləri alan L.Hacıyeva 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 24 yaşlı qadının intihara cəhd etməsi ehtimalı da araşdırılır.
Cia.az
