İki türk əsgəri Suriyada yaralanıb.
“Fərat Qalxanı” əməliyyatında iştirak edən türk əsgərlərin hansı səbəbdən və şəraitdə yaralandığı haqda məlumat verilməyib. Yaralı əsgərlər tibbi yardım maşını ilə Türkiyə sərhədinə, ordan isə helikopterlə Qaziantep dövlət xəstəxanasına gətirilib. Həkimlər əsgərlərin vəziyyətinin normal olduğunu, onların müalicəsinin davam etdiyini bildiriblər.
Qeyd edək ki, bu gün “Fərat Qalxanı” əməliyyatının 90-cı günüdür.
Cia.az
