|
“Qəbələ” İdman Klubunun təmsilçisi dünya çempionu olub
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
 
APA-nın məlumatına görə, təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.
 
Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.
 
Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.
Cia.az