|
Xaçmazda 4 yaşlı uşağı maşın vurub, vəziyyəti ağırdır
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 2012-ci il təvəllüdlü Nəsrullayev Şahmar Azər oğlunu maşın vurub.
 
Azyaşlı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az