|
Gürcüstan prezidenti baş nazir postuna namizədin adını açıqlayıb
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair  sərəncam imzalayıb.
 
APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq,  baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyinin namizədi  Georgi Kvirikaşvili irəli sürülür.
 
G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə - baş nazirin müavini, 2015-ci ildə xarici işlər naziri vəzifələrində çalışıb, həmin ilin dekabrında isə baş nazir postuna təyin edilib. 
Cia.az