|
Aralıq dənizində 4 mindən çox miqrant həyatını itirib
2016-cı ildə Avropaya getmək istəyən 4621 miqrant Aralıq dənizində həyatını itirib. 
Məlumatı beynəlxalq miqrasiya təşkilatı təsdiqləyib.
Təşkilat bildirir ki, təkcə noyabr ayında ötən ilin bu vaxtı ilə müqayisədə beş dəfə çox ölüm halı qeydə alınıb.
Məlumata görə, son üç gündə altı gəmi qəzası baş verib və bu qəzalarda 350 miqrant itkin düşüb. İtkin düşən şəxslər ölmüş hesab olunurlar. Bu il Aralıq dənizində ölənlərin sayı ötən ilin bu dövrü ilə müqayisədə min nəfər çoxdur.
Cia.az