|
ABŞ-da məktəb avtobusu qəzaya uğrayıb, 20 uşaq xəsarət alıb
ABŞ-da məktəb avtobusunun qəzaya uğraması nəticəsində 20 uşaq xəsarət alıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Neşvil şəhərində (Tennesi ştatı) qeydə alınıb.
 
Hadisə yerinə 9 təcili tibbi yardım maşını gəlib. Qəzanın təfərrüatları və səbəbləri müəyyənləşdirilir. 
cia.az