|
12 mədən işçisinin axtarışı davam edir

Türkiyədə mis mədəninin çökməsi nəticəsində torpaq altında qalan işçilərin xilas edilməsi üçün işlər fasiləsiz davam etdirilir. 

Xilasedicilər yerin altında qalmış 12 nəfəri tapmaq üçün aramsız axtarış aparırlar. Türkiyədə baş vermiş zəlzələdə 4 nəfəri dağıntılar arasından tapıb çıxaran “Naz” adlı təlimli it də mədəndəki xilasetmə işlərinə cəlb olunub. 
Xəbər verdiyimiz kimi, noyabrın 18-də Siirt vilayətinin Şirvan rayonunda yağıntılar səbəbindən sürüşmə baş verib. Dağ yamacından axan torpaq və qaya parçaları mis mədəninin çökməsinə səbəb olub. 3 nəfərin meyiti torpağın altından çıxarılıb, 12 nəfərin axtarışları davam edir. 
Cia.az