Suriyada müxaliflərin nəzarətində olan Hələb şəhəri havadan bombalanıb.
Bombardman nəticəsində 106 nəfər ölüb, 190 nəfər isə yaralanıb. Hələbdəki mülki müdafiə komandiri Hüseyn Mısıri bu haqda məlumat verib. O, bildirib ki, Rusiya təyyarələri Hələbin qərbindəki Yakıd əl Ades kəndini qırıcı təyyarələrlə bombardman edib, bombalar yerdə 15 metr dərinlikdə çuxur əmələ gətirib. Nəticədə 20 nəfər ölüb, 37 nəfər yaralanıb.
Hüseyn Mısıri qeyd edib ki, son 72 saatda Suriya ordusu və müttəfiqlərinin Hələbi bombardman etmələri nəticəsində 106 nəfər ölüb, 190 nəfər yaralanıb.
Cia.az
