Argentinada vətəndaşlar get-gedə artan yoxsulluğun aradan qaldırılması tələbi ilə yürüş keçirib.
Paytaxt Buenos-ayresdə küçələrə axışan on minlərlə insan bayraq qaldırıb şüarlar səsləndirərək konqres binasına doğru hərəkət ediblər. Hökumətdən yoxsulluğa qarşı tədbir planı hazırlanmasını tələb edən sakinlər xalqa iş imkanı yaradılmasını istəyiblər.
Qeyd edək ki, dovlət xidmətləri rüsumunun hökumət tərəfindən artırılması Argentinada yoxsulluq səviyyəsini yüksəldib. Ölkədə hər üç nəfərdən birinin yoxsulluq içində yaşadığı açıqlanıb.
Cia.az
