|
BMT iqlim üzrə Paris razılaşmasının reallaşdırılması planını təsdiqləyib
BMT iqlim dəyişikliyi üzrə Paris razılaşmasının reallaşdırılması planını təsdiqləyib.
 
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd Mərakeşdə keçirilən beynəlxalq konfransda qəbul edilib.
 
Sənədi imzalayan dövlətlər 2017-ci ildə əldə olunacaq irəliləyişi qiymətləndirmək üçün yeni görüşün keçirilməsinə dair  razılığa gəliblər.
 
Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi  üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin 21-ci konfransında qəbul olunub. Razılaşma 2016-cı il, noyabrın 4-dən qüvvəyə minib.
Cia.az