|
Bakıda Rəssamlıq Akademiyasının tələbəsi bıçaqlanıb
Bakının Nərimanov rayonunda dərsdən çıxan 17 yaşlı tələbəni naməlum şəxs bıçaqlayaraq, hadisə yerindən qaçıb.
Hadisə Rəssamlıq Akademiyasının Heydər Əliyev prospektindəki binasının yaxınlığında baş verib. Akademiyanın tələbəsi, 1999-cu il təvvəllüdlü Sadıqzadə Yusif Çingiz oğlu dərsdən çıxarkən tanımadığı şəxs onunla mübahisə edib. Mübahisə zamanı naməlum şəxs əlini bıçağa atıb. Nəticədə Y.Sadıqzadə iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Cia.az