Azərbaycan Qaz İxracatçısı Ölkələrinin Forumuna (GECF) üzvlüyə qəbul olunub. Bu barədə Qətərin paytaxtı Doha şəhərində keçirilən iclasda təşkilatın baş katibi Hüseyn Adeli bildirib. Azərbaycanla birgə GECF-ə Peru da üzv olub.
“Biz heyətimizə Azərbaycanla Perunu əlavə etmişik və sıralarımıza qoşulmaq isatəyən digər ölkələrlə danışıqlar aparırıq”, - virtualaz.org “İnvesting.com”a istinadən bildirir ki, Adeli belə deyib.
Görüşdə Əlcəzairin, Boliviyanın, Qətərin, Misirin, BƏƏ-nin, Ekvatorial Qvineyanın, İranın, Liviyanın. Nigeriyanin, Rusiyanın, Trinidad və Tobaqonun və Venesuelanın təmsilçiləri iştirak edib. Azərbaycan, Holandiya, Norveç, Oman və Peru nümayəndələri isə görüşə müşahidəçi qismində qatılıblar.
“Qaz OPEK”i adlandırılan bu təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
Cia.az
