|
“Qızını ərə getməyə məcbur edən ata cinayətə yol verir”

“Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericliyə yenə də dəyişikliklər edilməlidir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə deyib.

Erkən nikahlarla bağlı problemə toxunan komitə sədri deyib ki, əgər ata qızını ərə getməyə məcbur edirsə, o, artıq cinayətə yol verir:

“O, bir tərəfdən qanunvericiliyi, digər tərəfdən qızının hüquqlarını pozur. Bəzi valideynlər elə fikirləşirlər ki, uşaq onlarındırsa, kimə istəsələr, ərə verə bilərlər. Bu, tamamilə yanlış düşüncədir. Böyüklərin əsas məqsədi o olmalıdır ki, uşaqlarını sağlam mühitdə böyütsünlər”.

 

H.Hüseynova ailədaxili problrmlərə də toxunub. O deyib ki, bir çox hallarda valideyn-uşaqlar arasında olan münasibətlər bir çox hallarda düzgün qurulmur, onlar bir-birlərini başa düşmürlər.

Cia.az