|
Ermənistan ordusunun pulemyotçusu ağzından güllələndi

Ermənistan ordusunun Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçisi ölüb.

Virtualaz.org Novostin Armeniya-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə pulemyotçu əsgər İvan Ayrapetyanın meyiti aşkarlanıb.

Onun ağız və baş nahiyyəsindən dəyən güllə nəticəsində öldüyü müəyyən edilib.

cia.az