|
İranla ticarət dövriyyəsi 58 faiz artıb

İqtisadiyyat naziri, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, ölkələrarası ticarət əlaqələri haqqında məlumat verilib. “Bu ilin yanvar-oktyabr aylarında İranla Azərbaycan arasında ticarət dövriyəsi 58 faiz artıb. İki ölkə arasında kənf təsərrüfatı, səhiyyə, nəqliyyat, enerji, neft-qaz layihələri üzrə əməkdaşlıq edilir”, - Ş.Mustafayev deyib.

Qeyd edilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsü və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisi bu ilin sonunadək başa çatacaq. İran şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarının imkanlarından da yararlana bilərlər. Noyabrın sonunda İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri nəzərdə tutulur.

Cia.az