|
İcra başçısı işdən çıxarıldı

Azərbaycan Prezidenti İlham Əliyev Alimpaşa Adil oğlu Məmmədovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Nazim Veys oğlu Veysov Şəmkir rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.